Telegram profillərinə musiqi əlavə etmək imkanı gəlib

Baş səhifə

Bakı. Trend:

Telegram-da istifadəçilər artıq profillərində musiqini göstərmək
imkanına malik olacaqlar.

Trend xəbər verir
ki, messencer komandası bu barədə rəsmi açıqlama yayıb.




Yeni funksiyaya görə, istifadəçinin şəklinin altındakı treklər
üçün ayrıca panel görünəcək. İstənilən söhbətlərdən musiqi əlavə
etmək mümkündür və bu, daxili media pleyer vasitəsilə həyata
keçirilir. Profilə mahnı əlavə edildikdə isə əvvəlki trekləri
özündə birləşdirən pleylist yaradılır.

Bundan başqa, Telegram Android tətbiqində istifadəçi profilləri
yenidən dizayn edilib. İndi şəkil ekranın mərkəzində “kiçildilmiş”
formada yerləşir və istifadəçinin kolleksiya hədiyyələri varsa,
şəkli əhatə edir.