Bakıda zəncirvari qəza nəticəsində 7 avtomobil toqquşub

Baş səhifə

Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisənin səbəbinin yola dağılan maşın yağının olması ehtimal edilir.

Hadisə zamanı 7 avtomobil toqquşub sürücülər və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə əlaqədar yolda ciddi tıxac yaranıb. Əraziyə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşadırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir