
Bakı. Trend:
İranda qızılca xəstəliyi geniş yayılıb.
Trend xəbər verir
ki, bu barədə “Azad İran” məlumat yayıb.
Səhiyyə Nazirliyinin Xəstəliklərlə Mübarizə Mərkəzinin rəsmi
hesabatına görə, bu il ölkə üzrə 511 qızılca xəstəliyi faktı
aşkarlanıb.
İlin ilk 4 ayında Babol Tibb Elmləri Universitetində 13, iyunda
4, iyulda isə 9 xəstəlik faktı qeydə alınıb. Cari ilin avqustun
15-dək əlavə 16 yoluxma faktı müşahidə olunub.