
Bakı. Trend:
Əfqanıstanda 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib, ocağı
isə Yerin 10 km dərinliyində yerləşib. Hadisə nəticəsində tələfat
və dağıntılar barədə məlumat verilməyib.

