Sidneydə avtomobilin Rusiya konsulluğunun darvazasına çırpılması nəticəsində bir polis əməkdaşı yaralanıb

Baş səhifə

Rusiyanın Sidneydəki konsulluğunun darvazasına avtomobil çırpılıb, bir polis əməkdaşı yaralanıb, şübhəli şəxs isə həbs edilib.

APA xəbər verir ki, bu haqda “9News” məlumat yayıb.

“Avtomobilini Rusiyanın Sidneydəki Baş Konsulluğunun ərazisinə sürən şəxs saxlanılıb. O, avtomobili ilə darvazalara çırpılıb”, – məlumatda deyilir.

Saxlanılan şəxsin 39 yaşı olduğu bildirilir. Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat verilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir