
Bakı. Trend:
Almaniya Kansleri Fridrix Mertsin ofisi siyasətçinin kosmetik
prosedurlara üç ay ərzində 12 500 avro xərclədiyini
təsdiqləyib.
Trend xəbər verir
ki, kanslerin xarici görünüşünə maraq ABŞ Prezidenti Donald Trampın
Avropa siyasətçiləri ilə görüşündən sonra artıb. Tramp Mertsin
xarici görünüşünü tərifləyərək “Harada belə qaralmısan? Mən də
istəyirəm” – deyə bildirib.
ABŞ prezidentinin bu açıqlaması Almaniyada birmənalı
qarşılanmayıb. “Almaniya üçün Alternativ” partiyası dərhal
parlamentə sorğu göndərərək bu xərclərin vergi ödəyicilərinə nə
qədər başa gəldiyini öyrənmək istəyib. Sorğu nəticəsində məlum olub
ki, ilk üç ayda kansler bərbər və makiyaj xidmətlərinə 12 500 avro
xərcləyib.