Yeni “Porsche 911 Turbo S” modelinin qlobal premyerası elan edildi

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Porsche” konserninin Çin filialı tarixdə ən güclü
911 kimi təqdim edilən yeni “Porsche 911 Turbo S” modelinin qlobal
premyerasını elan edib.

Trend xəbər verir
ki, bu barədə filial “Weibo” sosial şəbəkəsindəki rəsmi hesabında
məlumat yayıb.




Məlumatda qeyd olunub: “Yeni Porsche 911 Turbo S bütün dünyada
debüt edəcək. Sentyabrın 7-də sizi canlı yayıma dəvət edirik.”

Avtomobilin dizaynında təkər tağları və ön bamperin tanınan
profili qorunacaq. Qeyri-rəsmi məlumatlara görə, yeni model 3,7
litrlik yastı altı silindrli benzin turbo mühərrik əsasında
hazırlanmış, 700 at gücündən çox gücə malik hibrid güc qurğusu ilə
təchiz olunacaq.