
Bakı. Trend:
Bu gündən Azərbaycanda balıq ovlama müddəti açıq elan
olunur.
Trend xəbər verir
ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Balıq və digər
su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü
səbəbindən sənaye məqsədilə balıq və digər su bioresurslarının
ovuna moratorium Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir,
Şəmkir, Araz və Yenikənd su anbarlarında bu gün başa çatır.
 
Qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə Balıqçılıq və
Akvakulura Mərkəzi ilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında
Polis İdarəsi Xəzər dənizinin Azərbaycana aid hissəsində və ölkənin
daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o
cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati
Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.


 
						 
						