
Bakı. Trend:
Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların
komplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqəti
dayandırılır.
Trend xəbər verir
ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi
məlumat yayıb.
Bildirilib ki, qrupların komplektləşdirilməsi prosesi 1-15
sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi
yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil
müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi
bq.edu.az portalı
vasitəsilə elektron formada həyata keçirilir.