Avropanın Ukraynaya qoşun göndərmək üçün aydın yol xəritəsi var

Baş səhifə

Avropa ölkələri ABŞ-ın tam dəstəyi çərçivəsindəki münaqişədən sonrakı təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynaya potensial qoşun yeridilməsi üçün olduqca dəqiq planlar üzərində işləyirlər.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen “Financial Times”a verdiyi müsahibə zamanı deyib.

Məlumata görə, qoşunların mümkün yerləşdirilməsi üçün aydın yol xəritəsi var.

“Təhlükəsizlik zəmanətləri son dərəcə vacibdir və zəruridir. Bizim aydın yol xəritəmiz var. Ağ Evdə razılığa gəldik. Və bu iş çox yaxşı gedir”, – diplomat bildirib.