
Bakı. Trend:
Gömrük rüsumları qaldırılsa, ABŞ üçüncü dünya ölkəsi ola
bilər.
Trend xəbər verir
ki, bu fikri ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı
paylaşımında bildirib.
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatına ilk növbədə rüsumlar
hesabına 15 trilyon dollardan çox investisiya qoyulacaq. Əgər
rüsumlar məhkəmə qərarı ilə dayandırılsa, bu sərmayənin demək olar
hamısı və əlavə gəlirlər dərhal ləğv ediləcək. “Bir çox cəhətdən
biz yenidən böyük ölkə olmaq ümidi olmayan üçüncü dünya ölkəsi
olacağıq”, – Tramp vurğulayıb.
Başqa paylaşımında isə o, ölkədə qiymətlərin, o cümlədən enerji
daşıyıcılarının ucuzlaşdığını və “inflyasiyanın faktiki olaraq
olmadığını” qeyd edib.