Müasir informasiya məkanında Trend-in özünəməxsus yeri var – Elbay Qasımzadə

Baş səhifə

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni –
yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda
aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar
Elbay Qasımzadə
Trend-in 30 illiyi ilə bağlı fikirlərini
bölüşüb.




O bildirib ki, müasir informasiya məkanında Trend-in özünəməxsus
yeri var:

“Müstəqilliyimizin ilk günlərindən yeni həyatın ən vacib
rəmzlərindən biri – azad media şəbəkəsinin yaranması olub. Bu geniş
palitrada Trend İnformasiya Agentliyi özünəməxsus yer tutub. Artıq
30 ildir ki, bu informasiya agentliyi ölkəmiz haqqında həqiqətləri
dünyaya yayır, xalqımızın obyektiv məlumatlandırılmasının
xidmətində dayanır.

Əziz dostlar, Sizi yubileyiniz münasibətilə təbrik edirəm. Ümid
edirəm ki, gələcək fəaliyyətinizdə də yüksək peşəkarlıqla, vətəndaş
düzgünlüyü ilə, Vətənə sevgi ilə xidmət edəcəksiniz. Bu çətin,
lakin şərəfli yolda sizə təbriklərimi və ən xoş arzularımı
bildirirəm”.