
Bakı. Trend:
İran İslam Respublikasından Biləsuvar gömrük buraxılış məntəqəsi
vasitəsilə ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə
rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük
baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin
yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi
təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə – metamfetamin aşkar
edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.
Bildirilib ki, qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə
ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş
İdarəsində araşdırma aparılır.