Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!

Baş səhifə

Bakı. Trend:

Bank Respublika ölkəmizdə keçirilən 49-cu Beynəlxalq
Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının tərəfdaşıdır

31 avqust – 5 sentyabr tarixlərində Azərbaycan ilk dəfə olaraq
dünyanın ən nüfuzlu texnologiya yarışlarından biri –
Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya
Finalına
ev sahibliyi edəcək.

Ölkəmizdə rəqəmsallaşma proseslərinin genişlənməsinə daim dəstək
verən “Bank Respublika” Azərbaycan Banklar Assosiasiyası
çərçivəsində bu möhtəşəm tədbirin tərəfdaşları sırasında

yer alır.

“Bank Respublika” bu mühüm qlobal tədbirdə tərəfdaşlıq etməklə
ölkədə innovasiya və rəqəmsal transformasiya proseslərinin
inkişafına verdiyi töhfəni
bir daha təsdiqləyir. Bank uzun
illərdir ki, gənclərin bilik və bacarıqlarının artırılması,
rəqəmsal savadlılığın yüksəldilməsi və gələcəyin peşəkar
kadrlarının formalaşdırılması istiqamətində layihələrə dəstək
göstərir.

Bank Respublika-nın strateji prioritetlərindən biri də
rəqəmsallaşma və innovasiya yönümlü təşəbbüslərə
dəstək
göstərməkdir. Bu gün Bankın müasir mobil
tətbiqləri, onlayn xidmətləri və innovativ məhsulları minlərlə
müştərinin gündəlik həyatını asanlaşdırır.




Müsabiqə “ICPC Foundation”-ın təşkilatçılığı və ADA
Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi
Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə
“ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin
dəstəyi ilə təşkil edilir. Dünya Finalında 70-dən çox ölkəni təmsil
edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günlük
müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda
işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.

Daha ətraflı məlumat üçün:

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram

Çağrı Mərkəzi: 144