Yunanıstan və Almaniya kokain qaçaqmalçılığı şəbəkəsini ifşa edib

Baş səhifə

Yunanıstan və Almaniya polisi İspaniyadan Yunanıstana və digər Avropa ölkələrinə yük maşınlarında kokain daşıyan cinayətkar şəbəkənin üstünü açıb.

APA xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Qeyd edilib ki, şəbəkənin 5 üzvü saxlanılıb, digərləri isə hələ də axtarışdadır. Qaçaqmalçılıqdan əldə edilən gəlir 5 milyon avrodan çoxdur.

Məlumata görə, narkotiklər əsasən Bolqarıstanda qeydiyyatda olan, beynəlxaq yük daşımalarında istifadə olunan yük maşınlarında gizlədilirdi. Yunanıstan və Almaniyada keçirilən reydlər zamanı 300 kq-dan çox kokain müsadirə olunub. Əməliyyat ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin verdiyi məlumat əsasında həyata keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir