
Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş
kreditlərin həcmi 1,9 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 6,1 milyon manat və
ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219,1 milyon manat
və ya 11,8% çoxdur.
Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manat
təşkil edib.
Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manat
və ya 11% artım deməkdir.