
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya
Bankının prezidenti Cin Liqun ilə görüşüb.
Trend xəbər
verir ki, görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya
Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə
olundu, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl
enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edildi.
Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə
bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə
dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə
mübadilə edildi.