
Bakı. Trend:
Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və
xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrupun tərkibi
genişləndirilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncan
imzalayıb.
Sənədə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
İdarə Heyəti sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin vitse-prezidenti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
İdarə Heyəti sədrinin müavini, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
sədrinin müavini Alt İşçi qrupa daxil ediliblər.
Həmçinin “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti
sədrinin müavini Yaşayış məntəqələrinin tikintisi və
infrastrukturla təmini üzrə Alt İşçi qrupa daxil edilib.
Digər sərəncamla Azərbaycan Respublikası kənd təsərrüfatı
nazirinin müavini Təhsil üzrə Alt İşçi qrupun üzvü olub.