Azərbaycan Əfqanıstana başsağlığı verib

Baş səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələdə həyatını itirənlərə görə başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Nazirlik “X”də paylaşım edib.

“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik.
Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq”, – paylaşımda qeyd edilib.