
“Əminəm ki, Türkiyə Ukrayna nizamlanmasında xüsusi rol oynamağa davam edəcək”.
Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğanla görüşündə deyib.
O, Türkiyəyə istirahətə gedənlərin sayına görə birinci yeri rusların tutduğunu da bildirib.
“Mənə elə gəlir ki, yeni tarixi rekord qeydə alınıb. Türkiyəyə 6,7 milyondan çox Rusiya vətəndaşı səfər edib. Bu, bir il əvvəlkindən 6,3% çoxdur”, – Putin qeyd edib.
Ərdoğan Putinə Türkiyəyə səfərini gözlədiyini deyib.

