Banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını 9% artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş
kreditlərin həcmi 1,598 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 55,7 milyon manat
və ya 3,4% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 130 milyon
manat və ya 8,8% çoxdur.




Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manat
və ya 11% artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir