Son bir ayda özünüməşğulluq proqramının dəstəyi ilə 2 mindən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Baş səhifə

Bakı. Trend:

Ötən ay paytaxt və regionlarda daha 2050 nəfər işsiz və
işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar
formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar
yaradılıb.

Trend
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqrama cəlb olunan şəxslər ilk mərhələdə
təlimlərə cəlb edilir. Onlar bu təlimlərdə kiçik biznesin təşkili
və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnirlər.




Təlimləri uğurla bitirən proqram iştirakçıları aktivlərlə təmin
olunurlar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq
proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.