
Bakı. Trend:
Bu yay “Kəpəz”dən ayrılan Elmir Tağıyev legioner həyatı
yaşayacaq.
Trend xəbər
verir ki, 25 yaşlı yarımmüdafiəçi Kosovoda çıxış edəcək.
O, yüksək liqa təmsilçisi “Dreniça”ya keçib. Bu barədə klubun
mətbuat xidməti məlumat yayıb. Tağıyevlə mövsümün sonuna qədər
müqailə imzalanıb. “Dreniça” hazırda Superliqada 2 oyuna 4 xalla
5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Elmir Tağıyev “Səbail” və “Turan Tovuz”da da çıxış
edib.

