Özbəkistan iki nəfər sərhəd pozucusunun meyitini Qırğızıstana təhvil verib

Baş səhifə

Sentyabrın 1-də Özbəkistanın “Baymak” keçid məntəqəsindən iki Qırğızıstan vətəndaşının meyiti Qırğızıstan tərəfinə təhvil verilib.

APA xəbər verir ki, bu haqda Qırğızıstan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, sərhədi pozan 2 nəfər Qırğızıstan vətəndaşı Özbəkistan, Qırğızıstan və Qazaxıstan sərhədlərinin kəsişdiyi ərazidə Özbəkistan sərhəd xidmətinin əsgərlərinin atəş açması nəticəsində öldürülüblər.

Özbəkistan tərəfinin məlumatına görə, həmin şəxslər saxlanılmağa cəhd edilərkən sərhədçilərin tələblərinə tabe olmadıqları üçün silah tətbiq olunub. Nəticədə hər iki şəxs ölümcül güllə yarası alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir