
Tiencin. Trend:
Çin Xalq Respublikasının Sədri Si Cinpin “ŞƏT plus” formatında
keçirilən görüşdə daha ədalətli dünya sistemi qurmaq üçün qlobal
idarəetmə sahəsində təşəbbüslə çıxış edib.
Trend xəbər
verir ki, ardıcıl qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal
sivilizasiya təşəbbüslərindən sonra Çin Xalq Respublikasının Sədri
qlobal idarəetmə təşəbbüsünü irəli sürüb. O, çıxışında bütün
ölkələrlə birlikdə daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə
sisteminin yaradılması üzərində işləməyə və bəşəriyyət üçün ortaq
gələcəyi olan bir cəmiyyətə doğru irəliləməyə hazır olduğunu
vurğulayıb.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının illik sammiti
avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçirilir.
Tədbirdə 20-dən çox ölkənin liderləri, həmçinin beynəlxalq
təşkilatların nümayəndələri iştirak edirlər.

