Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni –
yaranmasının 30 illiyini qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda
aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Azərbaycan Respublikasının Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar Rzayev Trend-in 30 illiyi ilə
bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, Trend etibarlı media resursudur.
“Trend Beynəlxalq İnformasiya Agentliyi oxucular üçün dəqiq,
operativ, etibarlı bir media resursudur. Müstəqilliyimizin ilk
illərindən bu günə qədər keçilən şərəfli 30 il Trend-i gücləndirib,
ölkəmizdə, həmçinin, beynəlxalq aləmdə nüfuzlu bir agentliyə
çevirib. İctimai-siaysi, iqtisadi, elm, təhsil, mədəniyyət
sahələrində ən oxunaqlı xəbərlər, dərin təhlil və araşdırma
yazıları Trend-in peşəkar komandasının əməyinin nəticəsidir.
Xüsusuilə də Azərbaycan mədəniyyətinin təbliği sahəsində Trend-in
müstəsna xidmətləri var. Bu yubiley günündə agentliyin bütün
kollektivini səmimi qəlbdən təbrik edirəm, doğma Azərbaycanımıza
xidmət yolunda yeni uğurlar arzulayıram”, – o bildirib.