
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində
1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil
olub.
Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
“Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə
batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Rzayeva Jalə Şakir
qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil
verilib.

