“Bayer” baş məşqçisi ilə yollarını ayırıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Bayer” (Leverkuzen) komandası baş məşqçisi Erik ten
Haq ilə yollarını ayırıb.

Trend klubun
rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə
müqaviləyə vaxtından əvvəl xitam verilib.




Niderlandlı çalışdırıcı ilə bu ilin may ayında 2 illik müqavilə
imzalanmışdı.

Qeyd edək ki, “Bayer” Bundesliqada 2 turdan sonra 1 xalla 12-ci
pillədə qərarlaşıb.