Azərbaycan və Ermənistanın danışıqlardakı uğuru Ankara və Moskvanın maraqlarına cavab verir – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan və Ermənistan
arasında bundan sonra da uğurlu danışıqların aparılacağına ümidvar
olduğunu bildirib və Ankara və Moskvaya Qafqazda sabitliyin lazım
olduğunu vurğulayıb.

Trend xəbər verir
ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat
yayıb.




“Prezident Ərdoğan Azərbaycanla Ermənistan arasında aparılan
danışıqların davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini
bildirib, uzunmüddətli sabitliyin Qafqazda həm Türkiyənin, həm də
Rusiyanın ümumi maraqlarına cavab verdiyini vurğulayıb”, – deyə
Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Şanxay Əməkdaşlıq
Təşkilatının sammiti çərçivəsində keçirilən görüşünün yekunlarına
dair yayılan bəyanatda bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir