
Bakı. Trend:
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları
ilə bağlı aylıq məlumat yayıb.
Trend xəbər
verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, azad olunan ərazilərdə avqust ayı ərzində 141
tank əleyhinə mina, 565 piyada əleyhinə mina, 2628 partlamamış
hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 6481.4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.