Aİ rəhbərinin təyyarəsinin naviqasiya sistemində pozuntu yaranıb

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyası Bolqarıstana səfər edən zaman uçuş zamanı
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsinin
GPS naviqasiya sistemlərində problemlərin meydana gəldiyini, buna
baxmayaraq təyyarənin uğurla eniş etdiyini təsdiqləyib.

Trend xəbər verir
ki, bunu AK nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi
brifinqdə deyib.




“Bildirmək istəyirəm ki, Avropa Komissiyası prezidentinin
təyyarəsinin GPS sistemi bloklanıb, lakin uğurla eniş edib”, – deyə
Podesta qeyd edib

Onun sözlərinə görə, Bolqarıstan hakimiyyəti bu insidentdə
Rusiyanı günahlandırır. O, bu hadisənin “Avropa İttifaqının
təhlükəsizliyinin, xüsusən də şərq cinahındakı ölkələrin
təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini təsdiqlədiyini”
vurğulayıb.