
Tiencin. Trend:
Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı
(ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd
imzalanıb.
Trend xəbər
verir ki, dövlət və hökumət başçıları Tiencin Bəyannaməsini
imzalayıblar.
İmzalanan sənədlər arasında 2035-ci ilə qədər İnkişaf
Strategiyası, təşkilata üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏT
məkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə Əməkdaşlıq
Proqramı, 2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafı
Strategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsi, Laos Xalq
Demokratik Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq
üzrə tərəfdaşı statusunun verilməsi haqqında qərar, ŞƏT-in Müstəqil
Dövlətlər Birliyində müşahidəçi statusu alması haqqında qərar,
“Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşı” statusu haqqında qərar,
Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərinin 2025-2026-cı
illərdə Şanxay Əməkdaşlıq Təşkilatının turizm və mədəniyyət
paytaxtı elan edilməsi haqqında qərar, sənədləri imzalamaqla bağlı
ŞƏT Baş katibinin səlahiyyətləri haqqında qərar, Şanxay Əməkdaşlıq
Təşkilatı Katibliyinin Çin Xalq Respublikasında qalma şərtləri
haqqında 2004-cü il 17 iyun tarixli Sazişə əlavə Protokol, Şanxay
Əməkdaşlıq Təşkilatının Katibliyi və “Roskonqres” Fondu arasında
Anlaşma Memorandumu; təşkilatın Regional Antiterror Strukturunun
2024-cü ildə fəaliyyəti haqqında Regional Antiterror Strukturu
Şurasının hesabatı, üzv dövlətlər arasında Şanxay Əməkdaşlıq
Təşkilatının Narkotiklərlə Mübarizə Mərkəzi haqqında Saziş, üzv
dövlətlər arasında təhlükəsizlik çağırışlarına və təhdidlərinə
qarşı mübarizə üzrə Universal Mərkəz haqqında Saziş, İkinci Dünya
müharibəsinin bitməsinin və Birləşmiş Millətlər Təşkilatının
yaradılmasının 80-ci ildönümü ilə bağlı bəyanat, Rəqəmsal
İqtisadiyyatda Əməkdaşlığın Gücləndirilməsinə və Dayanıqlı Enerji
İnkişafına dair bəyanatlar, “yaşıl” sənaye sahəsində əməkdaşlığa
dair saziş, süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın daha
da dərinləşdirilməsinə dair bəyanat, çoxtərəfli ticarət sisteminin
dəstəklənməsinə və dünya narkotik probleminin effektiv həlli və ona
qarşı mübarizə haqqında bəyanatlar, elmi, texnoloji və innovasiya
sahəsində əməkdaşlıq haqqında saziş, üzv dövlətlərin səlahiyyətli
nazirlik və idarələrinin rəhbərlərinin davamlı inkişaf sahəsində
investisiya əməkdaşlığının gücləndirilməsinə dair bəyanatı, ŞƏT və
Çin Xalq Respublikası Hökuməti arasında Şanxay Əməkdaşlıq Təşkilatı
Katibliyinin Çin Xalq Respublikasında qalma şərtləri haqqında
Sazişə 17 iyun 2004-cü il tarixli Protokol var.

