
Cənubi Qafqazda davamlı sülh və sabitlik vacibdir.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı 25-ci Dövlət Başçıları Şurası Zirvəsində çıxışında bildirib.
Türkiyə lideri qeyd edib ki, son dövrdə Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün atılan addımlar sevindiricidir.
“Ümid edirik ki, bu addımlar iqtisadi-ticari əlaqələrin inkişafına, nəqliyyat və rabitə xətlərinin açılmasına töhfə verəcək”.
Eyni zamanda, Ərdoğan Suriyanın ərazi bütövlüyünə dəstək ifadə edib, Suriyanın ərazi bütövlüyü təhdid edən hər cür təşəbbüsün qarşısında duracaqlarını vurğulayıb.
Dəryanur Cəfərova