Rusiyada səyahət reklamları qadağan olunub

Baş səhifə

Bakı. Trend:

Rusiyada sosial şəbəkələrdə səyahətlə bağlı reklamlar qadağan
olunub. Söhbət xüsusilə Rusiyanın ekstrimist resurslar kimi
tanıdığı “Facebook” və “Instagram”da səyahət və turlarla bağlı
reklamların saxlanılması və dərc olunmasından gedir.

Bu barədə Trend
Rusiya KİV-ə istinadən xəbər verir.




Qadağanın sentyabrın 1-dən etibarən qüvvəyə mindiyi bildirilir.
Yeni qanunun mətni ölkənin hüquqi informasiya rəsmi internet
portalında dərc olunub.

Qanun pozuntusuna görə Rusiya vətəndaşlarını 2,5 min rubladək
(təxminən 45 manat) cərimə gözləyir, vəzifəli şəxslər bu halda 20
min rubladək (təxminən 360 manat) ödəməli olacaqlar, hüquqi şəxslər
isə 500 min rubladək (təxminən 9 000 manat) cərimə ilə
üzləşəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir