Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə
prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi
üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

Trend-in
məlumatına görə, o, ibtidai istintaqa ifadəsində bildirib ki,
1992-ci ilin sentyabr ayında qondarma rejimin “ordusunda” tabor
komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb.

Müxtəlif vəzifələrə təyin olunub, sonra 2007-ci ilin may ayından
2012-ci ilin noyabr ayınadək qondarma rejimin “müdafiə ordusu”nun
qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun
ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş
Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il
dekabrın 14-dən 2019-cu ilin may-iyun ayınadək Xankəndi şəhərində
“Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun ayından
2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə
göndərildikdən sonra heç bir yerdə işləməyib.

Qondarma qurumun “müdafiə ordusu”nun komandanı vəzifəsində
xidmət etdiyi müddətdə “ordunun” maliyyələşməsi, silahlandırılması
və sair bu kimi məsələlər Ermənistan Respublikası silahlı
qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının
büdcə vəsaiti hesabına həyata keçirilib.

1992-ci ilin sentyabr ayında qondarma qurumun “müdafiə
ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən
birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam
və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak
edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir