ATƏT rəhbərliyi Minsk qrupunun ləğvi ilə bağlı qərarı alqışlayıb

Baş səhifə

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər
naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu
Ermənistan və Azərbaycanın birgə müraciətindən sonra Minsk qrupu və
onunla bağlı strukturların bağlanmasına dair Nazirlər Şurasının
qərarını alqışlayıblar.

“Bir daha Ermənistan və Azərbaycanı sülh və münasibətlərin
normallaşdırılması istiqamətində əldə etdikləri tarixi
razılaşmalara, həmçinin bu razılaşmaların təcili icrasına dair
verdikləri qətiyyətli qərara görə ürəkdən təbrik etmək istərdim.
Mən onların Birgə Müraciətinə dərhal cavab verdim və prosesdə
göstərdikləri əla əməkdaşlığa görə tərəflərə səmimi minnətdarlığımı
bildirirəm. Həmçinin konsensusun əldə olunmasında göstərdikləri
əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də təqdir etmək
istərdim”, – deyə nazir Valtonen bildirib.

Eyni zamanda baş katib Sinirlioğlu bu məsələdə tərəflərin ortaq
məxrəcə gəlməsini təqdir edib.

“Bu, onilliklər davam edən münaqişə və etimadsızlıqdan sonra
belə, diplomatiyanın nəyə nail ola biləcəyini göstərən tarixi
hadisədir. Bu, tərəflər arasında ortaq məxrəcə gəlmək üçün ortaq
iradə olduqda razılaşmanın mümkün olduğunu nümayiş etdirir”, – deyə
Baş katib Sinirlioğlu vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri və Baş katib regionda, o cümlədən
Ermənistan və Azərbaycanda davamlı sülh və sabitliyin təmininə
yönəlmiş səylərə dəstəklərini dəyişməz olaraq davam etdirəcəklərini
təsdiqləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir