Azərbaycan çempionatında mövsümün başlama vaxtı dəqiqləşdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26-cı illər mövsümünün
start günü bəlli olub.

Trend xəbər
verir ki, çempionat sentyabrın 28-də başlayacaq.

Reqlamentə əsasən, ABL oyunları dörd dövrədən və 20 turdan
ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına
bölünməklə keçiriləcək. Ötən mövsümdə göstərdikləri yekun
nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar
aşağıdakı kimidir:

A qrupu: “Sabah”, “Neftçi”, “Şəki”, “Abşeron Lions”, NTD, “Gəncə”
B qrupu: “Naxçıvan”, “Ordu”, “Sərhədçi”, “Sumqayıt”, “Quba”, “Lənkəran”




Müntəzəm çempionatın A qrupunun oyunlarında meydanda 4 əcnəbi və
mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt
olacaq. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi
və 2 yerli basketbolçu, 16-cı turdan etibarən 4 əcnəbi və 1 yerli
basketbolçunun parketdə olması mütləqdir. Müntəzəm mövsümdə A
qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider
bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun
1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki
qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final,
həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan
Basketbol Liqasının (ABL) çempionu olacaq.

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü
sıralamada ilk “8-lik”də tamamlayacaq klublar növbəti mövsümdən
1-ci liqada (ABL), 9-12-ci yerləri tutacaq komandalar ölkə
basketbolunda ilk dəfə olaraq təşkil olunacaq 2-ci liqada (ABL 2)
mübarizə aparacaqlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir