Bakı ICPC tələbələrinin sayəsində bu gün Yer kürəsinin ən ağıllı şəhəridir

Baş səhifə

Bakı. Trend:

Bakı ICPC tələbələrinin sayəsində bu gün Yer kürəsinin ən ağıllı
şəhəridir.

Trend
xəbər verir ki, bunu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma
Olimpiadası (ICPC) Fondunun prezidenti Bill Pauçer bunu Bakıda
keçirilən ICPC-nin 49-cu dünya finalının açılış mərasiminin
kuluarlarında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ICPC artıq 49 ildir mövcuddur və onlar
rəqəmsal dövrün ilk əsrinin birinci yarısının sonuna
yaxınlaşırlar.




“Hazırda Bakıda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma
Olimpiadasının (ICPC) dünya finalı keçirilir. Buna görə də Bakı,
bütün bu parlaq tələbələrin sayəsində, bu gün Yer kürəsinin ən
ağıllı şəhəridir. Onlar həyatlarındakı nailiyyətlərin qonşularının
həyatını da necə zənginləşdirə biləcəyindən inanılmaz dərəcədə
ilhamlanıblar”, – deyə o bildirib.

Direktor qeyd edib ki, hazırda ICPC-nin 500 min məzunu var.

“Onlar dostları ilə birlikdə bu gün bizim etibar etdiyimiz süni
intellekt də daxil olmaqla həyati vacib sistemlərin böyük bir
hissəsini yaradıblar”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir