
Bakı. Trend:
Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin
əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
silsilə əməliyyatlar keçirilib.
Trend
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, tədbirlər zamanı qeyd edilən cinayət əməlini
törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər
Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum
olunmuşlar – 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov
saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın
psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54
ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin
satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb.
Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri
istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə
cəlb edildiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizə fasiləsiz davam etdirilir.

