Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplomu ilə təltif edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Trend
İnformasiya Agentliyi Mətbuat Şurasının diplomu ilə təltif
edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid diplomu Trend
İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynova təqdim
edib.




Trend
Azərbaycanda müstəqil media ənənələrinin formalaşmasına və
inkişafına, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda yüksək
peşəkarlıqla təbliğinə yönələn xidmətlərinə görə və 30 illik
yubileyi münasibəti ilə təltif edilib.

Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis
olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından
birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində
yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də
beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə
edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və
idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik
materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də
region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi
fəaliyyətini uğurla davam etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir