Alman generalının olduğu təyyarə GPS siqnalının müdaxiləsinə məruz qalıb

Baş səhifə

Almaniyanın baş hərbi komandanı general Karsten Breuer bildirib ki, Baltik dənizi üzərində uçarkən onun olduğu təyyarənin GPS siqnalı iki dəfə kənar müdaxiləyə məruz qalıb.

APA xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni daşıyan təyyarənin GPS sisteminə müdaxilə olunub və pilot təyyarəni kağız xəritəyə baxaraq endirməyə məcbur olub.