Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub – Çingiz Abdullayev

Baş səhifə

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni –
yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda
aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik
bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr
arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya
media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində
lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu
regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi
Çingiz Abdullayev
Trend-in 30 illiyi ilə bağlı fikirlərini
bölüşüb.




O qeyd edib ki, Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial
mövqeyi olub:

“Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubileyi
münasibətilə təbrik edirəm. Agentliyin Fəaliyyətində uğurlar arzu
edirəm. Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi
olub. Əminəm ki, Trend Azərbaycanımızın və xalqımızın mənafeyi üçün
hər zaman belə qalacaq.

Trend Azərbaycan xəbərlərini dünyaya çatdırmaq işində də çox
böyük rol oynayır. Xüsusilə də Avropanın aparıcı media qurumları
ilə əlaqələr, Xəzər regionu, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər
beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin oxuculara
çatdırılması Trend-in əsas hədəflərindəndir. Bu şərəfli işinizdə
kollektivə yeni uğurlar arzulayıram. Yubileyniz mübarək!”