FHN-in voleybol komandaları dövlət qurumları arasında keçirilən yarışın qalibi olub

Baş səhifə

Bu gün Avropa Oyunları Parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müxtəlif dövlət qurumlarının kişi və qadın komandalarının qüvvələrini sınadığı çempionatda iştirak edən FHN-in həm kişilər, həm də qadınlardan ibarət çimərlik voleybolu üzrə komandaları əzmkar mübarizə apararaq bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir