İlk qonorarımı kiçik bir supermarket şəbəkəsi üçün proqram hazırlayaraq qazanmışdım – AMB sədri

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadası
(ICPC) dünyada İKT sahəsində ən qədim və şübhəsiz ki, ən vacib
icmalardan biridir.

Trend
xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh
Kazımov Bakıda keçirilən Beynəlxalq Tələbə Proqramlaşdırma
Olimpiadasının (ICPC) 49-cu dünya finalının açılış mərasimində
bildirib.

T.Kazımov qeyd edib ki, bu gün Bakıda 100-dən çox universitet
toplaşıb.




“İKT – yeni ideyaların yarandığı bir məkan olmaqla yanaşı, daha
önəmlisi, din və texnologiyaların gələcəyinin formalaşdığı bir
sahədir. Bu, bizim region üçün də çox vacibdir. Çünki gənc nəsil
gələcək imkanları, xüsusilə də texnologiya sahəsində inkişaf
etdirməklə böyük ümidlər qazanır”, – deyə o vurğulayıb.

Sədrin sözlərinə görə, nəzarət, bilik, süni intellekt,
kibertəhlükəsizlik və digər bu kimi məsələlər bəşəriyyətin gələcəyi
üçün son dərəcə önəmlidir.

“Bunlar həm sektorumuzun və iqtisadiyyatımızın maliyyə
sabitliyi, həm maliyyə icmasının genişlənməsi, həm də, təbii ki,
maliyyə icmamızın iştirakçılarının hüquqlarının qorunması deməkdir.
Mənim üçün isə bu xüsusi əhəmiyyət daşıyır. ICPC-nin Azərbaycanda
keçirilməsi mənim üçün çox şəxsi bir hadisədir. Çünki hələ 1999-cu
ildə mən ilk qonorarımı kiçik bir anbar, kiçik bir supermarket
şəbəkəsi üçün proqram hazırlayaraq qazanmışdım”, – deyə sədr əlavə
edib.