Polkovnik Cəlil Xəlilov Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubiley münasibətilə təbrik edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

1995-ci ildə Azərbaycanda yaradılan Trend müstəqil informasiya
agentliyi Respublikamızın aparıcı informasiya agentliyi olmaqla
bərabər, Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi
Asiyada geniş oxucu kütləsini əhatə edir.

Trend xəbər
verir ki, bu fikirlər Müharibə, Əmək və Silahlı Qüvvələr
veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun Trend
İnformasiya Agentliyinin 30 illik yubileyi münasibətilə təbrik
məktubunda yer alıb.

Məktubda bildirilib ki, Azərbaycanın azad və demokratik media
məkanında xüsusi yeri olan Trend öz dəqiqliyi, qərəzsiz informasiya
mübadilələri ilə oxucu kütləsi qarşısında önəmli yerlərdən birini
tutur:

“Azad media məkanında çoxsaylı informasiya agentlikləri və
portalları içində seçilmək və nüfuz qazanmaq çətin fəaliyyətin
nəticəsidir”.




Vurğukanıb ki, agentliyin əhatə dairəsi yalnız ölkə ərazisi ilə
məhdudlaşmır.

“Agentliyin əməkdaşları Gürcüstan, İran, Qazaxıstan,
Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində
fəaliyyət göstərir, müxtəlif ictimai-siyasi, mədəni, idman
sahələrini, eləcə də iqtisadiyyatı əhatə edən məqalələri,
araşdırmaları ilə də çoxsaylı oxucuların qonağı olur.

Hər bir informasiya agentliyi kimi, Trend də etibarlılıq
prinsipini özünə əsas meyar kimi seçib. Bu səbəbdən də öz oxucuları
qarşısında yüksək imicə sahib olmağı bacarıb.

Respublika Veteranlar Təşkilatı adından bir daha sizi təbrik
edir, sizə cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar
arzulayıram”, – deyə təbrik məktubunda qeyd edilib.