
Bakı. Trend:
Ermənistan ABŞ-də Azərbaycanla əldə olunmuş razılaşmalara
sadiqdir və onları qısa müddətdə həyata keçirməkdə
qətiyyətlidir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Çində keçirilən ŞƏT sammiti
çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar nəticəsində təkcə
Ermənistanla Azərbaycan arasında dövlət daxilində, ikitərəfli və
beynəlxalq səviyyədə kommunikasiya açılmayacaq, eyni zamanda, bütün
ŞƏT üzv dövlətləri üçün yeni logistik imkanlar yaradılacaq.