Azərbaycan velosiped tarixində bir ilk (FOTO)

Baş səhifə

Bakı. Trend:

24 avqust 2025-ci il tarixində Türkiyənin Ankara şəhərində
keçirilən GranFondo Başkənt velosiped yarışında Gənc Peşəkar
Velosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek möhtəşəm
uğura imza ataraq absolut qalib olub.

Trend xəbər
verir ki, bu nəticə ilə o, Azərbaycan velosiped tarixində ilk dəfə
olaraq beynəlxalq GranFondo yarışında birincilik qazanan qadın
idmançı kimi tarix yazıb.

Gənc Peşəkar Velosipedçilər İctimai Birliyi, 22 avqust 2025-ci
ildə 4 nəfərlik heyətlə Ankaraya yola düşüb. Heyət belə idi:

• Məşqçi: Musa Mikayılzadə

• İdmançılar: Vüqar Salahov, Natalya Vallek, Gholamreza
Jamfarsadi




24 avqust tarixində keçirilən 91 km-lik GranFondo Capital
(Başkent) yarışı olduqca ağır şəraitdə baş tutub. İdmançılar 1300
metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə çatmalı
idilər. Çətin mübarizə nəticəsində Natalya Vallek bütün rəqiblərini
geridə qoyaraq qadınlar arasında absolut birinciliyi qazanıb. O,
həmçinin öz yaş kateqoriyasında da 1-ci yerin sahibi olub.

Digər idmançılarımız da uğurlu nəticələr göstərdilər:

• Vüqar Salahov – yaş kateqoriyası (40–44) üzrə 12-ci yer

• Gholamreza Jamfarsadi – yaş kateqoriyası (55+) üzrə 6-cı
yer

Yarışda ümumilikdə 1000-ə yaxın velosipedçi iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir