
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukrayna lideri Volodimir Zelenski ilə görüşlərə dair razılaşma yoxdur.
APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov qeyd edib ki, Rusiya və Ukrayna arasında danışıqların səviyyəsinin yüksəldilməsi ilə bağlı konkret təkliflər hələlik yoxdur.