Sumqayıt da karton məmulatlarının istehsalı zavodunda yanğın olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sumqayıt şəhəri ərazisində karton məmulatlarının istehsalı
zavodunda yanğın olub.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti
Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb
olunub.




Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində zavodun həyətində
baş vermiş yanğın genişlənməsinə, o cümlədən zavod binasına
keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 1800 kv.m sahədə yığılmış
karton tullantıları 450 kv.m sahədə yanıb.

Zavodun binası və ətraf ərazilər yanğından mühafizə olunub.