
“Liverpul” “Real Madrid”in ulduzu Rodriqonu transfer etməkdən imtina edib.
Metbuat.az xəbər verir ki, “Liverpul” “Nyukasl”ın hücumçusu Alexander İsakı transfer etməyə üstünlük verib. İddialara görə, “Liverpul” “Real Madrid”ə irəli sürdüyü təklifi geri çəkib. Bildirilir ki, Rodriqonun transferinin reallaşmamasının səbəblərindən biri “Real Madrid”in onu yüksək məbləğə göndərmək istəməsidir.
Qeyd edək ki, “Liverpul”un Alexander İsak üçün “Nyukasl”la razılıq əldə etdiyi barədə xəbərlər dərc edilib. Tərəflər 145 milyon avroya razılaşıblar. Klublar arasında müqavilə imzalandığını irəli sürülür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.